Dörd müəllimdə koronavirus aşkarlandı – MƏKTƏB BAĞLANDI
- Yeganə
- Mar 3, 2021
- 1 min read

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 106 saylı tam orta məktəb martın 1-də fəaliyyətini müvəqqəti dayandırıb. Məktəbdən verilən məlumata görə, adıçəkilən təhsil müəssəsində 4 müəllim koronavirusa yoluxub. “Şagirdlərdə virusa yoluxma halı qeydə alınmyıb. Məktəbin bağlı olması haqqında Təhsil Nazirliyi və Təhsil İdarəsi məlumatlıdır. Martın 9-dək dərslər distant şəkildə davam etdiriləcək”. Bakı .şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədovun APA-ya verdiyi məlumata görə, bu günə qədər koronavirus səbəbindən BŞTİ-nin tabeliyindəki 2 məktəb karantinə bağlanıb. Xatırladaq ki, Bakının Nərimanov rayonunda yerləşən 82 saylı məktəb də koronavirus səbəbindən karantinə bağlanıb. Qeyd edək ki, bu haqda ilk məlumatı “report” yayıb.
Comments