Dünyanın yeni növ koronavirusla mübarizәsi davam edir
- Yeganə
- Feb 9, 2021
- 1 min read
Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 333 mini keçib.

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 333 mini keçib. İnfeksiyaya yoluxanların sayı 107 milyon, virusdan müalicә olunaraq sağalanların sayı isә 79 milyon 200 minә yaxınlaşıb. Hindistanda son 24 saat әrzindә 55 nәfәr hәlak olub, 8 min 299 nәfәrdә isә virus aşkarlanıb. Belәliklә ölkәdә koronavirusdan hәyatını itirәnlәrin sayı 155 min 172-yә, virusun yoluxduğu insan sayı isә 10 milyon 870 min 142-yә çıxıb. Epidemiyada ölənlərin sayının 475 min 701 olduğu və epidemiyanın mərkəzi olan ABŞ-da yoluxmaların sayı 27 milyon 661 min 381-i keçib. İlk dəfə İngiltərədə ortaya çıxan "Covid-19-un B.1.1.7 variantının yayılmasının ABŞ-da yayılmasının 35 ilə 45 faiz arasında daha çox yoluxucu olduğu bildirilib. İngiltərədə virus səbəbiylə son 24 saat ərzində 333 ölüm və 14 min 104 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ölənlərin sayı 112 min 798, yoluxmaların sayı isə 3 milyon 959 min 784 olub. İtaliyada epidemiya səbəbiylə son 24 saatda 307 nəfərin həyatını itirməsilə ölüm sayı 91 min 580-ə yüksəlib. Virusun yoluxduğu insan sayı isə 7 min 970 artaraq 2 milyon 644 min 707 nəfərə çatıb. Fransada "Covid-19" səbəbiylə son 24 saat ərzində 458 nəfər ölüb, bununla da ölkədə həlak olanların ümumi sayı 79 min 423 olub. Bir gündə 4 min 317 yeni yoluxmanın qeydə alınması ilə virusun yoluxduğu insan sayı isə 3 milyon 341 min 365-ə yüksəlib. İspaniyada virusdan son 24 saat ərzində 303 nəfərin ölümü ilə, insan itkisi 62 min 295-ə çıxıb. Müvafiq dövrdə 19 min 305 yeni yoluxmanın qeydə alınması ilə virusa yoluxanların sayı da 2 milyon 989 min 85-ə yüksəlib.
Comments