top of page

DƏHŞƏT! Ana azyaşlı oğlunun ağzına benzin töküb yandırdı! - FOTO

  • Yeganə
  • Mar 18, 2021
  • 1 min read




Ana 8 yaşlı oğlunun ağzına benzin tökərək yandırıb. Azərforum-un məlumatına görə, uşaq xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Qadının dəhşətli hərəkətinin səbəbi ilə bağlı müxtəlif iddiaların olduğu bildirilir. Belə ki, Rusiyada yaşayan, kassir işləyən 31 yaşlı Anastasiya Baulina, oğlu Andreyə əsəbləşərək hadisəni törədib. Qadının oğlunu yandırmaq fikrində olmadığı, bunu sadəcə qorxutmaq üçün etdiyi deyilir. Qadın uşağın ağzına benzin tökərkən "Bax, gör necə yanacaq!" deyib. Dəhşətli hadisəni gözləri ilə görən Andreyin bacısı Nataşa qorxaraq qaçıb. Anası və ögey atası Pavel Baulin alovu söndürərək təcili yardım çağırıblar. Lakin ağır yanıq xəsarətləri alan uşaq iki gün sonra xəstəxanada həyatını itirib. Qatil ana həbs edilib. Hadisə ilə bağlı cinayət işi başlanıb. Cinayətin ailə münaqişəsi zəminində törədilməsi ehtimalının olduğu da deyilir. “Anastasiyanı avtobus dayanacağında əri ilə dava etdiyini gördüm. Çox güman, acığını uşaqdan çıxıb”, - ailənin qonşusu nina Çetverikova istintaqa verdiyi ifadəsində bildirib. Baulinanın cinayəti qəsdən törətdiyi sübut olunarsa, onu 20 ilə qədər həbs cəzası gözləyir. Belə ki, ölən uşağın niyə əvvəl və sonra yenidən anasının himayəsinə götürülərək, sonradan yetimxanaya aparılması ilə bağlı başqa bir cinayət istintaqı da başladılıb.

Comentarios


bottom of page