“Elçibəyin bu xalq, bu dövlət qarşısında göstərdiyi çox yox-bircə xidmətinin adını çəkin” – Etibar H
- Yeganə
- Nov 28, 2020
- 1 min read
“Son günlər yenə də Əbülfəz Elçibəy gündəmə gətirilib. Kimlərsə onu tərif edib göylərə qaldırır, kimlərsə də təhqir edib aşağılayır”.

Bunu sabiq deputat Etibar Hüseynov deyib.
“Mənim Əbülfəz bəyə heç bir kin-kudurətim yoxdur (niyə də olsun ki?), Həmçinin də heç bir sevgim-rəğbətim də yoxdur (niyə də olmalıdır ki?) Ona görə də tərəflərin hər ikisinə də üz tutub deyirəm: Göstərin mənə Elçibəyin bircə dövləti xəyanətini və yaxud digər tərəf də mənə Elçibəyin bu xalq, bu dövlət qarşısında göstərdiyi çox yox-bircə xidmətinin adını çəksin. Hər-halda son 30 illik tariximizi jurnalist olaraq günbəgün, saatbasaat canlı izləmiş birisi kimi cavablarınız maraqlıdır” – E.Hüseynov sosial şəbəkədə qeyd edib.
O, bu məsələ ilə bağlı istənilən sayt və ya TV-də debata hazır olduğunu bildirib.
Comments