Ermənistan MN İrəvan yaxınlığında görüldüyü iddia edilən PUA-ların ora necə çatdığını bilmir
- Yeganə
- Dec 17, 2020
- 1 min read
Müharibənin qızğın günlərində hərbi əməliyyatların yalnız cəbhə xəttində olduğu görünəndə Ermənistanın dövlət orqanları tərəfindən zaman-zaman məlumatlar yayılırdı ki, Ermənistan əhalisi, eləcə də irəvanlılar arasında panika yaranır.
Naməlum şəraitdə Qeğarkunikdə məhv edilmiş Ermənistan Silahlı Qüvvələrinin hərbi təyyarəsi, İrəvan yaxınlıqlarında vurulduğu iddia edilən Azərbaycana məxsus 4 PUA da bu məlumatlar sırasında təsnifləşdirilir.
Xatırladaq ki, hələ oktyabrın 1-də Nikol Paşinyan 4 PUA-nın Kotayk və Qeğarlunik vilayətlərinin səmasında peyda olduğunu bildirib.
"Pastinfo" nəşri hələ noyabrın 21-də yazılı sorğu ilə Ermənistan Müdafiə Nazirliyinə müraciət edib, digər məsələlərlə yanaşı oktyabrın 1-də nüfuz etmiş, barəsində Nikol Paşinyanın şəxsən bildirdiyi 4 PUA-nın "İrəvan yaxınlığı"nda konkret olaraq harada vurulduğu və onların hara istehsalı olduğu barədə məlumat verilməsini xahiş edib.
Məlum olur ki, bundan Ermənistan Müdafiə Nazirliyində xəbərsizdirlər.
Güman etmək olar ki, Ermənistan rəsmilərinin verdiyi bu məlumatlar əksər məlumatlar kimi yalandır.\Ordu.az

Comments