top of page

Ermənistan sərhədinə ordu yeridilir: Zəngəzur dəhlizi masada...

  • Yeganə
  • Mar 27, 2021
  • 1 min read



Naxçıvanda tank əleyhinə hərbi təlimlərin keçirilməsi fonunda bir xəbər diqqət çəkir: Türkiyə yeni hərbi təlimlər keçirmək məqsədilə Ermənistan sərhədinə tank, özüyeriyən artilleriya və zirehli avtomobillər gətirib. Bu iki ehtimalı önə çıxarır: - Türkiyə və Azərbaycan “tank müharibəsi” məşqini edir; Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün “əzələ nümayişi” göstərir; Moskvada yenidən üçtərəfli (Azərbaycan, Rusiya və Ermənistan) görüşün keçiriləcəyi haqda məlumatlar var: görüşdə kommunikasiyanın açılması ilə bağlı rəsmi sənədin imzalanacağı və bundan sonra Zəngəzur dəhlizinin açılması istiqamətində real addımların atılacağı gözləniləndir. Mümkün görüşdən öncə hərbi müstəvidə atılan addımlar təsadüfi deyil və o da mümkündür ki, görüş öncəsi Azərbaycan və Türkiyə ordusu Zəngəzurla sərhəddə növbəti hərbi təlimlər keçirsin: Bakı maraqlarını təmin etmək üçün “dəmir yumruğ”u da özü ilə masaya aparır...

Comments


bottom of page