Ermənistanın Bakı-Tbilisi-Ceyhanı atəşə tutması ilə bağlı məlumat
- Yeganə
- Oct 7, 2020
- 1 min read
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Bakı-Tbilisi-Ceyhanı raket atəşinə tutması ilə bağlı fotoları yayımlayıb.
Bununla bağlı H.Hacıyev "Twitter” hesabında paylaşım edib.
"Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəmərini kaset bombaları ilə atəşə tutub. Yevlax rayonunda raket boru kəmərinin 10 metrliyinə düşüb. Ümumilikdə BTC yaxınlığında ətrafa 300-dən çox kaset bombası səpələnib. Kəmərə ziyan dəyməyib. Hadisə yerində ANAMA əməkdaşları işləyir. Çarəsiz qalan Ermənistan enerji infrastrukturlarına hücum edir”.
Armenia fired cluster rocket to Baku-Tbilisi-Jeyhan pipeline. In vicinity of Yevlakh reg.rocket landed 10 meters away from BTC pipeline.300+ Cluster bomblets eject around. No damage to pipeline. ANAMA is in operation. Desperate attempts of Armenia to attack energy infrastructure pic.twitter.com/E7vgDsEQws
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 6, 2020

Comments