top of page

"Fikrimdə şəhidlərimizin, həyatlarını itirmiş körpələrimizin tarixi ilə bağlı projem var..."

  • Yeganə
  • Feb 27, 2021
  • 1 min read



"Onları nə musiqimizlə, nə deyiləcək sözlərlə ifadə etmək olmur" Bunu açıqlamasında Tarzən Humay Qədimova deyib. H.Qədimova torpaqlarımız uğrunda canından keçən şəhidlərimizə gələcəkdə də musiqi həsr edəcəyini bildirib: "Beş il bundan öncə Xocalı soyqırımına ud alətində şəhidlərimizin əziz xatirəsinə ifa etmişdim. Onları nə musiqimizlə, nə deyiləcək sözlər ilə ifadə etmək olmur. O yanğını qəlbimizdə heç bir şey söndürə bilməz. Xocalı hadisəsi bizim qan yaddaşımızdır. Biz unutmadıq necəki 29 ildə unutmamışıq. Qana-qan, cana-can. Allah bütün şəhidlərimizə rəhmət etsin. Ailələrinə səbr arzu edirəm. Amma musiqi ilə bağlı gəldikdə, mənim ümumiyyətlə, fikrimdə şəhidlərimizin, orda həyatlarını itirmiş körpələrimizin və Azərbaycanın bu tarixi ilə bağlı lentə yazdırmaq projem var. İnşallah".

Comments


bottom of page