Fəxrəddin Abbasov həbsxanada intihar etdi - Dövlətə xəyanətdə təqsirləndirilirdi
- Yeganə
- Nov 13, 2020
- 1 min read
Dövlətə xəyanətdə təqsirləndirilən Fəxrəddin Abbasov saxlanıldığı cəzaçəkmə müəssisəsində intihar edib.

Qaygi.info Qafqazinfo-ya istinadən xəbər verir ki, onun saxlandığı Qobustan həbsxanasında intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə) çatdırma maddəsi ilə cinayət işi başlanılıb. F.Abbasov Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqədə ittiham olunaraq, 16 il müddətinə azadlıqdan məhrum edilib. F.Abbasov 2019-cu ilin fevralında Rusiyada saxlanılaraq Bakıya gətirilib və ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham irəli sürülüb. 2014-cü ildə vətəndaşlıq almaq üçün Rusiyanın müvafiq qurumlarına müraciət etsə də, vətəndaşlıq ala bilməyib. Uzun müddət Rusiyada yaşayan F.Abbasov haqqında ötən ilin fevralında deportasiya qərarı çıxarılıb.
Comentarios