top of page

“Gilan”ın idmançısı “Qarabağ” Kubokunu qazanıb

  • Yeganə
  • Oct 18, 2020
  • 1 min read

“Gilan” Atçılıq İdman Klubunun idmançısı Rahib İsmayılov “Welga” ləqəbli atla 4-cü, “Carthanio” ləqəbli atla isə birinci yeri tutaraq “Qarabağ” Kubokunun qalibi olub. İkinci yerdə “Sərhədçi” Atçılıq İdman Klubunun idmançısı Seyid Musayev “Gilas” ləqəbli atla qərarlaşıb. “Murad” Atçılıq İdman Klubunun çaparı Kənan Novruzov “D’amour” ləqəbli atla 3-cü, “Buta Qolden” Atçılıq İdman Klubunun idmançısı Eqor Morotskiy isə “Astrello” ləqəbli atla 5-ci yerin sahibi olublar. Yarışın son günündə - oktyabrın 18-də “Hər şey vətən üçün” tədbirinin son günündə jokeylər Qarabağ, Dilbaz və İngilis atlarının iştirakı ilə “Murov”, “Suqovuşan”, “Füzuli”, “Cəbrayıl” və “Qarabağ” kubokları uğrunda mübarizə aparacaqlar.


Comentarios


bottom of page