top of page

Güclü külək zamanı qadının başına dam örtüyü düşdü

  • Yeganə
  • Mar 23, 2021
  • 1 min read



Sumqayıtda dam örtüyü 42 yaşlı qadının başına düşüb. Qaygi.info APA-ya istinadən məlumat verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. Belə ki, güclü külək yaşayış binasının dam örtüyünü qoparıb, dam örtüyü binanın həyətindən keçən 42 yaşlı Sevinc Rəsulovanın başına düşüb. Qadın baş və bədənin müxtəlif nahiyələrindən ağır zərbələr alıb. S.Rəsulova hazırda Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsində koma vəziyyətindədir.

コメント


bottom of page