“Gənc Könüllülər” Hərəkatına qeydiyyat davam edir
- Yeganə
- Feb 1, 2021
- 1 min read

Hərəkatın üzvü olmaq istəyən gənclər “GencApp” mobil tətbiqi vasitəsilə və ya genckonullu.az saytına keçid edərək onlayn qeydiyyat prosesini tamamlamalıdırlar. Müraciətlər qiymətləndirildikdən sonra meyarlara uyğun gələn gənclər təlimat sessiyasına dəvət olunurlar.
“Gənc Könüllülər” Hərəkatı hər bir gəncin könüllü fəaliyyətini beş mərhələdən ibarət “Gənc könüllü yolu”na əsasən tənzimləyir. Bu mərhələlər könüllülərin asudə vaxtlarını səmərəli keçirmələrinə, onların müxtəlif sahələrdə təcrübə qazanmalarına və karyera yüksəlişinə nail olmalarına şərait yaradır. Bundan əlavə, gənclərin inkişafı sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək vermək, könüllülər arasında müasir texnologiyalardan istifadə bacarıqlarının artırılmasına kömək etmək, onlar üçün müxtəlif mövzularda təlim və seminarların təşkil olunması, eləcə də könüllülük sahəsində beynəlxalq əlaqələrin qurulması da hərəkatın əsas missiyalarına daxildir.
Hərəkatın başlıca məqsədi ölkənin rifahı üçün çalışan geniş könüllü təbəqəsini formalaşdırmaq, eləcə də gənclərin müəyyən istiqamətlər üzrə bilik və bacarıqlarının artırılmasına, fərdi inkişafına dəstək göstərməkdən ibarətdir.
تعليقات