"Gəncə şəhəri üçün dua edin" - Həmvətənlərimiz Ağ Evin qarşısında aksiya keçirtdi
- Yeganə
- Oct 15, 2020
- 1 min read
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yaşayan azərbaycanlılar Ağ Evin qarşısında "Pray for Ganja city" ("Gəncə şəhəri üçün dua edin") adı ilə etiraz aksiyası keçirib.
Musavat.com xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi telegram səhifəsində məlumat yerləşdirilib.
Əllərində Azərbaycan, Türkiyə, Pakistan, İsrail, Ukrayna bayraqları və plakatlar tutan həmvətənlərimiz dünya ölkələrini Gəncə hadisələrinə biganə qalmamağa çağırıb.

Comments