top of page

Gəncədə erməni terrorundan əziyyət çəkən şəxslərə psixoloji yardım göstərilib

  • Yeganə
  • Oct 27, 2020
  • 1 min read





Ermənistan tərəfindən Gəncə şəhərində mülki şəxslərə yönəlmiş terror aktları zamanı zərər çəkmişlərə psixoloji yardım göstərmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində psixoloqlardan ibarət 9 nəfərlik briqada yaradılıb.   Hadisənin elə ilk günündən müvafiq işlərə başlayan briqada Gəncə şəhər İcra Hakimiyyətinin təqdim etdiyi siyahı üzrə sakinlərlə - dəhşətli terrorun ağrı-acısını yaşayan, ermənilərin raket hücumlarından dərin sarsıntı keçirmiş və psixoloji yardıma ehtiyacı olan vətəndaşlarla, ailələrlə görüşüb. Onlarla  profilaktik söhbətlər aparıb, hər birinə psixoloji yardımlar göstərib.

Comentários


bottom of page