top of page

Hikmət Hacıyev "Qarabağ"la futbol oynadı - VİDEO

  • Yeganə
  • Nov 29, 2020
  • 1 min read




Bu gün Ağdama səfər edən "Qarabağ" komandası "İmarət" stadionunda olub. Klub nümayəndələri və futbolçular ermənilər tərəfindən dağıdılmış arenanın meydanında futbol oynayıblar. Oyun iştirakçıları arasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də olub. O topa ilk toxunuşu etdikdən sonra "Qarabağ"la birgə futbol oynayıb.

Stadionda komandanın qazandığı çempionluq kuboku da nümayiş etdirilib. Səfərə klubun vitse-prezidenti Tahir Gözəl də qatılıb.

Qeyd edək ki, "Qarabağ" Ağdam səfəri zamanı həmçinin Milli Qəhrəman və komandanın mərhum baş məşqçisi Allahverdi Bağırovun məzarını ziyarət edib və Cümə məscidində namaz qılıb. //Report


Comments


bottom of page