top of page

“Həmin şöbələrə müharibə iştirakçıları, qazilər işə götürülməlidir” - Siyavuş Novruzov

  • Yeganə
  • Jan 23, 2021
  • 1 min read

Prezident İlham Əliyevin imzaladığı fərmanla yerli İcra hakimiyyəti orqanlarında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” təşkil olunub. Artıq Nərimanov rayon İcra Hakimiyyətinin rəsmi saytında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi, şöbənin müdiri və böyük məsləhətçi bölməsi yaradılıb. Digər rayon İcra hakimiyyətlərinin saytında hələlik bu bölmə yoxdur. Maraqlı olan yeni şöbədə təmsil olunacaq şəxslərin kimliyidir? Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, İcra hakimiyyətlərində belə bir şöbənin yaradılması vacib idi:

“Buna görə cənab Prezidentə təşəkkürümüzü bildiririk. Bilavasitə Vətən müharibəsində əziyyəti olan insanların təminatı, problemlərinin həlli vacibdir”. Yeni şöbələrdə rəhbər vəzifələrdə təmsil olunacaq şəxslərin kimliyinə gəlincə, komitə sədri deyib ki, burada müharibə iştirakçıları, qazilər, şəhid ailələri təmsil olunmalıdır: “Çalışmaq lazımdır ki, əsasnamənin təlbələrinə uyğun olaraq, həmin şöbədə çalışan insanların böyük əksəriyyəti müharibə iştirakçıları, qazilər və şəhid ailələri olsun. Şəhidin ailə üzvləri dedikdə, onun həyat yoldaşı, qardaşı və s. ola bilər. Rəhbər şəxslər bu kateqoriyadan olarsa, problemləri hiss etmələri, onun həlli baxımından da müsbət nəticə verə bilər”. S.Novruzov deyib ki, hazırda əsasnamə hazırlanır: “Əsasnamə hazır olduqdan sonra vəzifələrə təyinat həyata keçiriləcək”.

Comentários


bottom of page