İki oğlunu eyni gündə itirən şəhid anası - Video
- Yeganə
- Nov 19, 2020
- 1 min read

İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə Mingəçevir sakini Sevinc Əhmədovanın iki oğlu birdən şəhid olub. Qaygi.info xəbər verir ki, bu haqda “Atv Xəbər”ə müsahibə verən ana hər iki oğlunun vətənə bağlılığından danışıb: “İkisi də millətini, xalqını çox sevirdi. İslam həmişə deyirdi ki, ana mən vətən uğrunda şəhid olacam. Əli universiteti bitirib əsgərliyə getdi. 6 ay Bakıda, 6 ay da Əfqanıstanda xidmət edib. Həmişə İslam deyirdi ki, ana, sən fəxr et ki, sənin oğullarının ikisi də əsgərlikdə medal alıblar”. S.Əhmədova oğullarını atasız böyüdüb. Birinin 27, digərinin 26 yaşı var idi. Biri nişanlı, digəri isə subay olub. Vətən müharibəsinin ilk günü Sevinc ana kiçik, bir neçə saat sonra isə böyük oğlunun şəhid olduğunu öyrənib. Əhmədovlar Əlinin toyuna hazırlaşırmışlar.
Comments