top of page

İngiltərə Premyer Liqasının yeni lideri müəyyənləşdi

  • Yeganə
  • Nov 7, 2020
  • 1 min read


İngiltərə Premyer Liqasının 8-ci turunda "Sautqempton" "Nyukasl Yunayted"i qəbul edib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 7-ci dəqiqədə “Sautqempton”un hücumçusu Çe Adams açıb. 24 yaşlı ingilis oyunçu Teo Yolkotdan ötürmə alaraq, topu Karl Darlounun qoruduğu qapıya göndərib. Oyunda yekun hesabı şotlandiyalı Stuart Armstronq müəyyənləşdirib. 28 yaşlı yarımmüdafiəçi rəqib komandanın oyunçusunun səhvindən ilə bəhrələnərək, sol küncü dəqiq nişan alıb. Bu nəticə sayəsində "Sautqempton" 16 xal toplayaraq, 1988-ci ildən ilk dəfə İngiltərə Premyer Liqasında liderliyə yüksəlib


Comments


bottom of page