“İran-Ermənistan sərhəddi də silinməlidir...”
- Yeganə
- Oct 23, 2020
- 1 min read
“İran-Ermənistan sərhəddi də silinməlidir...”- İbrahim Karagül
“Orta Asiyaya gedən yolu açmaq lazımdır...”
"Naxçıvan və Azərbaycan birləşməlidir..."
“İranın artıq Qarabağla sərhəddi yoxdur. Bu gün bu ərazilər Azərbaycan ordusu tərəfindən azad edildi. İranla Ermənistan sərhəddi qalacaqmı?..” Bu fikirləri "Yeni Şafak" qəzetinin baş redaktoru İbrahim Karagül dünən – oktyabrın 22-də axşam saatlarında özünün “Tvitter” hesabında yazıb. Ardınca qardaş ölkənin məşhur yazarı İran-Ermənistan sərhədinin də silinməsinə çağırıb. “Bu sərhəd qalmamalıdır. Bu əlaqə dayandırılmalıdır. Naxçıvan və Azərbaycan birləşməlidir. Orta Asiyaya gedən yolu açmaq lazımdır. Rusiya və İranın “Türk dünyasının bölünməsinə dair” dəyişməz tezisi uğursuzluğa düçar olmalıdır”...\\Moderator.az

Σχόλια