top of page

İşindən istefa verən adam son maaşını alanda şoka düşdü

  • Yeganə
  • Mar 26, 2021
  • 1 min read


ABŞ-ın Corciya ştatında işindən istefa verən Andreas Flaten son maaşını görəndə şoka düşüb. Türk mediası xəbər verir ki, işindən ayrılarkən onun şirkətdə 915 dollar pulu qalmışdı. Borclarını aylar sonra götürən Flaten maaşını necə alacağını görəndə təəccüblənib. Belə ki, o, pullarını qəpiklərlə araba və vedrələrdə qəbul etməli olub. “İndi gecələrim pul təmizləməklə keçir, bundan sonra bu qəpikləri kağız pula çevirə bilərəm”. Flaten “Bu işə çox səy sərf etdim, ədalətli yanaşma deyil” deyib. Şirkət sahibi Miles Ualker vurğulayıb ki, önəmli olan Flatenin pulunu almasıdır. O, açıqlamasında keçmiş işçisinə söyüb.\KONKRET.az

Comments


bottom of page