“İlhamə xanımdan sonra şou-biznesdə özbaşınalıq baş alıb gedir...”
- Yeganə
- Feb 26, 2021
- 1 min read
“Doğrudan da İlhamə xanımın vəfatından sonra şuo-biznesdə aləm bir-birinə qarışıb. Bilmirsən meyxana deyir, yoxsa mahnı oxuyur, ya şeir deyirlər.

Bunu açıqlamasında müğənni Əli Mirəliyev deyib. Ə.Mirəliyev İ.Quliyevadan sonra sənət aləmindəki özbaşınalıqlardan ürək ağrısı ilə danışıb: Guya efirə çıxıb canlı ifa edir. Çevir tatı, vur tatı, elə bil ki, şeir oxuyur. Oxumaq və şeir demək başqa-başqa şeylərdi. Ona görə də özbaşı“Doğrudan da İlhamə xanımın vəfatından sonra şuo-biznesdə aləm bir-birinə qarışıb. Bilmirsən meyxana deyir, yoxsa mahnı oxuyur, ya şeir deyirlənalıq baş alıb gedir. Heç kim də, heç kimin kitabını oxumur. Mahnını harda yazıblar, hansı ölkəyə aid olması məlum deyil. Ona görə əlbəttə, İlhamə xanımın yeri görsənir. Mən də gedəndən sonra yerim görsənəcək. Çünki biz Azərbaycan musiqisini qoruyuruq, istəyirik ki, gənclərimizə düzgün istiqamət verək. Özbaşına oxumaq olmaz, gərək mahnını oxuyanda peşəkarlarla məsləhət edəsən. Yoxsa ki, hardasa mahnı yazıb gəlib ödəniş edib efirə çıxmaq iş deyil. İlhamə xanım bibim qızı idi. Onun həm qohum, həm müğənni, həm də bir insan kimi yeri görsəniz. Onunla dalaşıb və sonradan barışmağımızın özü bir aləm idi. (Gülür) İndi dalaşmağa adam yoxdur, özüm-özümlə vuruşuram. Bizim ailədə də onun yeri görsənir. Qızım ona “mama Elya” deyirdi. Allah rəhmət eləsin!”. Qeyd edək ki, bu gün Xalq artisti İlhamə Quliyevanın vəfatından 5 il ötür. Moderator.az
Commentaires