top of page

"İnsanlar kənddə ilanla, cəngəlliklərdə vəhşi heyvanlarla birlikdə yaşamağın qaydalarını bilir"...

  • Yeganə
  • Feb 14, 2021
  • 5 min read

Yer üzü indi virusların tüğyan etdiyi bir zamanda yaşayır. Koronavirus artıq 1 ildən artıqdaır ki, bütün ölkələri bürüməyə başlayıb. İnsanların həyatı üçün mühüm olan bir çox sahələrdə böyük gərginlik yaşanır. İnsanlar çıxış yolu axtardığı bir zamanda koronavirusun yeni, daha qorxunc formaları meydana çıxır. Başqa, daha təhlükəli virusların yaranacağı deyilir. Müxtəlif peyvənd növləri kəşf edilir və özünə bazar axtarır. Bizim belə bir atalar sözümüz var ki, “dostlar dar gündə yoxlanır”. Yer üzünün dar günüdür. İnsanların, ölkələrin bu dar gündə öz mahiyyətləri daha çox üzə çıxır.

Belə bir vaxtda ümidi təkcə peyvəndə bağlamaq olmaz. Bəzilərində belə təsəvvür yaranır ki, insanlar peyvənd olacaq və bütün bəlalar sovuşacaq. Bir çox şadlıq saraylarının sahibləri, şou biznes əhli, ticarətçilər, valideybnlər, gənclər səbrsizliklə əvvəlki vaxtlarındakı kimi toyların olacağını gözləyirlər. Restoranlar yenə də əvvəlki çal-çağır haqda düşünürlər. Bunlar gözəl arzulardır. Təki belə olsun! Amma reallıq əlavə tədbirlərin görülməsini tələb edir. Biz viruslarla birgə yaşamaq tərzini də öyrənməliyik. Necəki kənd yerlərində insanlar ilanla, cəngəlliklərdə insanlar vəhşi heyvanlarla birlikdə yaşamağın qaydalarını bilir, biz də viruslarla birgə yaşamağın yollarını öyrənməliyik. Əks halda, tez-tez virusdan qorunmağın ancaq karantin formasından istifadə etməyə məcbur olacağıq. Axı heç kim dəqiq bilmir ki, indi vurulan peyvəndin təsir müddəti nə qədər olacaqdır, başqa növ virus yayılsa bu peyvənd ona nə dərəcədə kömək edəcəkdir? Ona görə də tibbi tədbirlərin görülməsi öz yerində, insanlar eyni zamanda bir çox sosial tədbirlər haqda da dərindən düşünməli və həyatda viruslarla birgə yaşamağın yollarını da tapmalıdır. Biz oturub gözləməməliyik ki, qərb ölkələrində, başqa ölkələrdə nə edirlərsə biz də onları təkrar edək. Özümüz öz həyat tərzimiz barədə düşünməliyik. Təbii ki, başqalarının da təcrübəsindən istifadə edərək. Bizim bu barədə Moderator.az saytının rəhbəri, hörmətli Zülfüqar bəylə söhbətimiz oldu. Bu qərara gəldik ki, ölkəmizin ən populyar saytlarından biri olan Moderator.az saytında bu yollar barədə müzakirələr açaq. Bir neçə gün əvvəl, yeni toy modeli barədə təklifim yayılmışdı. Çox ciddi rezonans doğurdu. Bu gün isə uşaq bağçalarımızın fəaliyyəti ilə bağlı yeni model təklif etmək istəyirəm. Saytın dəyərli oxucularını da belə müzakirələrə dəvət edirik. Ünvanımıza göndərilən təkliflər ümumiləşdirərək oxuculara təqdim olunacaqdır. Birlikdə ümumi qərara gəlməmizə böyük ehtiyac vardır. Yeni tip uşaq bağçaları ilə bağlı təkliflər: Uşaq bağçası nəyə lazımdır? Uşaq bağçası uşağın erkən yaş dövründəki normal inkişafında onun nitqinin, qavrayışının, düşüncəsinin, yaddaşının, davranışının arzu edilən şəkildə formalaşmasında, sosiallaşmasında mühüm rol oynayır. Bu vəzifələrin öhdəsindən təbii ki, şərait olarsa evdə də gəlmək olar. Bunun özünün xeyli üstünlükləri də vardır. Amma təəsüf ki, evlərin əksəriyyətində bu şərait yoxdur. Ən başlıcası, valideynlərin özlərinin bu sahədəki təsəvvürləri, təcrübələri, imkanları lazımı səviyyədə deyil. Azərbaycanda təkmil, mükəmməl uşaq baxçalarına olan ehtiyac çoxdur. Koronavirusun ən ciddi zərbə vurduğu sahələrdən biri uşaq bağçalarıdır. Bu yeni nəslin formalaşmasına vurulan bir zərbədir. Ona görə, bu sahədə təcili tətbirlər görülməsinə olduqca böyük ehtiyac vardır. Belə bir şəraitdə misal üçün, konkret konsepsiayalar üzrə aşağıdakı kimi işlərin yerinə yetirilməsinə ehtiyac yaranır: 1. Uşaqların təlim-tərbiyəsində əsas rolu ailələrin öz üzərinə götürməsi. Ailələrdə uşaqların günü-gündən mürəkkəbləşən yeni cəmiyyətdə hazırlıqlı, bacarıqlı, sağlam bir şəxs kimi yetişməsi üçün imkanlar yaradılmalıdır. Təbii ki, belə bir şəraiti yaratmaq üçün ailələrə həm maariflənmə baxımından, həm də maddi cəhətdən kömək lazım olacaqdır. Yəqin ki, yeni dövrün tələblərinə uyğun olaraq bu imkanlar yaradılacaqdır. 2. Valideynlər indiki tarixi dövrdə bunun nə qədər vacib olduğunu dərk edərək öz övladlarının normal yetişməsini ən müqəddəs borclarından biri hesab etməlidirlər. Bu sahədə də geniş maarifləndirməyə ehtiyac vardır. 3. İctimai təşkilatlar bu sahədə geniş sosial iş layihələri həyata keçirməlidirlər. 4. Çox yaxşı olar ki, indiki uşaq baxçalarının nəzdində Valideyn Klubları yaradılsın. Bu klublarda valideynlər təhlükəsizlik qaydalarına əməl etməklə ayda bir necə dəfə yığışaraq uşaqların tərbiyə olunması ilə bağlı bir sıra məsələləri müzakirə edə bilsin. Mütəxəssislər onlara mühazirələr oxuya, müzakirələr, treninqlər təşkil edə bilərlər. Video çarxlara qulaq asa bilərlər. 5. Həmin Klubun üzvləri elektron vasitələrlə, qrup yaratmaqla, tez-tez onlayn müzakirələr də keçirə bilərlər. 6. Ailələrdə böyüklərin hamısı uşağa daha diqqətli olaraq ona daha çox vaxt ayırmalıdır. Bu münasibətin faydalı olması üçün valideynlərə kömək məqsədi ilə xeyli tövsiyyə, məlumat-soraq kitabları yazılmalı, xüsusi videoçarxlar hazırlanmalıdır. 7. Ölkə TV-lərində, ayrıca internet tv-lərdə bu sahədə sistemli, olduqca maraqlı, məzmunlu proqramlar hazırlanmalıdır. 8. Uşaqların sosiallaşmasına, yaradıcılıq imkanlarının açılmasına, gigiyenik qaydaları öyrənməsinə və s. kömək edən xeyli cizgi filmləri hazırlanmalıdır. 9. Müəyyən ərazilər üzrə “Sosial İş Xidmətləri” fəaliyyət göstərərsə, onlar uşaqların erkən yaş dövründəki təlim-tərbiyəsinin daha yaxşı təşkil etmək üçün ailələrə, valideynlərə müxtəlif yönlü köməkliklər edə bilərlər. Hər bir ərazi vahidində polis məntəqəsi yaradıldığı kimi “Sosial İş Xidməti” – də yarana bilər. Ərazidəki bütün uşaqlar həmin Xidmətin nəzarəti altında ola bilər. 10. Hər bir ailə, yaxınlıq etdiyi, əlaqələrini kəsmədiyi ailələrlə, qohumlarla birlikdə uşaqlarının birlikdə vaxt keçirməsi üçün şərait yarada bilərlər. Həm də bu vaxtdan səmərəli istifadə etmək üçün mütəxəssislərin məsləhətindən də istifadə olunmalıdır. 11. Uşaqların evdə tənbəl vaxt keçirməsinə qətiyyən yol vermək olmaz. Ailələrdə elə bir şərait yaradılmalıdır ki, uşaq hansısa faydalı bir işlə məşğul olsun, ev işlərinə öz imkanları daxilində kömək etsin, tez-tez öz-özü ilə təklikdə qalıb dərindən düşünə bilsin. Bunun üçün ona özunun çox maraqlandığı mövzularda maraqlı, yorucu olmayan tapşırıqlar vermək lazımdır. Başqa sözlə onun özü özünü kəşf etməsi üçün şərait yaratmaq lazımdır. Bunun üçün də mütəxəssislərin köməyindən istifadə etmək olar. 12. Xüsusi mərkəzlər olmalıdır ki, valideynlər oraya zəng edərək, yaxud elektron poçt vasitəsi ilə müəyyən məsləhətlər ala bilsinlər. Belə mərkəzlər elə ərazidəki, valideynin əlaqə saxladığı, “Valideyn Klubları” təşkil edilən uşaq baxçalarında da yarana bilər. 13. Uşaqlar arasında onlayn əlaqə saxlamaqla qruplar yaradıla bilər. Yaxud onlayın müsabiqələr keçirilə bilər və s. 14. Təbii ki, bu sahədə işlərin tənzimlənməsi üçün qanunvericilik bazasında da müəyyən dəyişikliklər edilməsinə ehtiyac vardır. Bir sözlə, bu istiqamətdə xeyli düşünmək faydalı metodlar tapmaq olar. İstənilən bir tədbir uşaqların fiziki sağlamlığının, mənəvi zənginliyinin, əməyə yaradıcı münasibət təlabatının artmasına kömək etməlidir, Uşağın arzu olunan şəxsiyyət kimi formalaşmasına kömək edən istənilən üsuldan, metoddan istifadə etmək lazımdır. Yəqin ki, zaman keçdikcə bu sahədə təcrübələr çoxalacaq və daha faydalı mexanizmlər formalaşacaqdır. Bəs, pandemiyə dövrü keçdikdən, təhlükə sovuşduqdan sonra uşaq bağçaları nə cür olmalıdır? Bu sual da olduqca aktualdır. Fikrimizcə, uşaq bağçaları öz statuslarını müəyyən qədər dəyişməlidir. Təbii ki, cəmiyyətimiz buna hazır olmalıdır. Pandemiyadan sonrakı bağçaların fəaliyyətində bir sıra dəyişikliyə ehtiyac vardır. Uşaq bağçalarının fəaliyyəti ilə bağlı fikirləri əhatəli olaraq təhlil etdikdən sonra belə bir yeni tipli uşaq bağcalarının təşkili üçün aşağıdakı kimi təkliflər verilə bilər: 1. Uşağın təlim tərbiyəsində əsas rolu ailələr oynamalıdır. Uşaq bağçaları köməkçi fəaliyyət göstərməlidirlər. Bu bağçaların əsas funksiyaları aşağıdakılar ola bilər: a) Həftə ərzində 3 dəfə hər uşaqla 2-3 saatdan artıq olmadan bağçasının özündə məşğul olmaq olar. Amma, eyni zamanda, uşaq bağçası həmin uşaqların ailələri ilə müntəzəm əlaqədə olmalıdır. Uşaq bağçaları evlərdə, hər uşağın təlim tərbiyə prosesində valideynlər vasitəsi ilə məşğul olmalıdırlar. Valideynlər bir növü baxçanın nümayəndəsi rolunu oynamalıdırlar. Yəni hər bir uşaq bağçası həmin bağçaya yazılmış uşağın valideynlərinin də maariflənməsi, bir mütəxəssis olaraq fəaliyyət göstərməsi üçün çalışmalıdırlar. Bağcalar uşaqların ailələrdə təlim tərbiyəsi ilə bağlı tövsiyyələr hazırlayıb valideynlərə verməli, valideynlərə zəruri olan vəsaitlərin tapılmasında yardımçı olmalıdırlar. Uşağın təlim tərbiyəsi ilə bağlı valideynlərdən müntəzəm olaraq məlumatlar almalıdır. b) Bağca öz kontingentinə daxil olan uşaqların həftə ərzində 3 dəfə hərdən bağçaya gəlmələri, burada təbiyəçilərlə bir başa əlaqədə müxtəlif məşğələlərdə, treninqlərdə, oyunlarda və s. iştirak etməsi üçün şərait yaratmalıdırlar. Təbii ki, müxtəlif uşaqlar günün müxtəlif hissələrində bağçaya gəlmək arzusunda olacaqlar. Ona görə də bağca gün ərzində bir neçə dəfə müxtəlif qrupları qəbul etməli olacaqdır. Bu zaman uşaqlar baxçada yorulmaycaqlar. Məşhur ifadəni dəyişib belə demək olar: uşaqlar bağçaya da, evə də sevinə-sevinə gedəcəklər. Bu isə onların daha mükəmməl şəxsiyyət kimi formalaşmaları üçün çox faydalıdır. c) Hər bir baxça öz kontingentinə daxil olan uşaqların valideynlərinin ayda 2 dəfə iştirak edəcəyi bir Valideynlər Klubunu yüksək, ciddi şəkildə təşkil etməlidir. İki həftədən bir görüşüb onları həm maarifləndirməli, həm də onların uşaqları ilə bağlı konkret söhbətlər etməli, müzakirələr aparmalır. ç) Bu valideynlər istədikləri vaxt, əvvəldən görüş vaxtı təyin etməklə bağçada məsləhət saatlarına gələ bilərlər. d) Zərurət olduqda – valideyn öz iş yerindən ayrıla bilmədikdə, xəstə olduqda, səfərdə olduqda və s. öz uşağını baxçaya daha uzun müddətə verə bilər. e) Hər bir baçğcada ciddi bir “Sosial İş Xidməti” fəaliyyət göstərməlidir. Bu xidmət qrupu yuxarıda sadalanan işlərin günün tələbləri səviyyəsində təşkil edilməsi ilə məşğul olmalıdır və s. ə) Təbii ki, bu sahədə də xüsusi qanun bazasına ehtiyac vardır. Təbii ki, bu deyilənlər müzakirə olunmalı ilkin təkliflərdir. Mütəxəssislərlə müzakirələr apararaq yekun bir qərara gəlmək lazımdır. Əhməd Qəşəmoğlu, Sosioloq

Comments


bottom of page