İqbal Ağazadə: “Hər kəs də qəbul etməlidir ki, Laçın dəhlizi...”
- Yeganə
- Feb 25, 2021
- 1 min read
"Əgər azərbaycanlılar Ermənistan ərazisinə keçə bilmirsə və orada sərhəd, gömrük xidməti varsa, bu, eyni dərəcədə Azərbaycan ərazisinə də şamil olunmalıdır. O cümlədən, Rusiyadan da ərazimizə icazəsiz gəlinməməlidir". Bunu Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. İ.Ağazadə qeyd edib ki, hər kəsin şəxsiyyət vəsiqəsində və yaxud vətəndaşlıq pasportunda Azərbaycan Sərhəd Xidmətinin möhürü olmadan Azərbaycan ərazisinə girmək qadağan olunmalıdır: “Hər kəs də qəbul etməlidir ki, Laçın dəhlizi bu gün hansı şərtlər daxilində dəhliz üçün istifadəyə verilməsinə baxmayaraq, Azərbaycan ərazisidir”.
Comments