top of page

İrəvan və Xankəndidə çaqqal ulaşması – Şir yatanda...

  • Yeganə
  • Mar 13, 2021
  • 2 min read

Bir xalqın ki, dini rəhbəri də öz soydaşlarını daima sülhə yox, yad torpaqlar uğrunda müharibəyə, terrora çağırır, o xalqın axırı yoxdur. Söhbət əlbəttə ki, ermənilərdən gedir. Özlərinin iddia elədikləri kimi, dünyanın, “ən nadir”, “ən qədim” və “ən əzabkeş” millətindən. Lap dəqiqi, Yer üzünün özünə vurğun ən təkəbbürlü, ən naşükür və nankor, başdan xəstə bir toplumundan. 44 günlük müharibədə müzəffər ordumuz bu xalqın Ermənistan adında saxta dövlətinin kəsici təcavüzkarlıq dişlərini vurub dağıtdı, əngini əzdi. Gözləmək olardı ki, heç olmasa, bir müddət öz yaralarını yalamaqla məşğul olarr, olmayan abır-həyalarına sığınıb uzun müddət sakitcə yerlərində oturarlar. Gəl ki, 10 noyabr kapitulyasiya sənədinin mürəkkəbi qurumamış İrəvandakı müxalifətçi radikal-revanşistlər, iqtidardakı ara ayvazyan çaplı şarlatanlar, Xankəndinin qıraq-bucağında ilişib qalmış separatçı tör-töküntülər təzədən ulaşmağa və köhnə bayatıları oxumağa, bizimlə şərtlərlə danışmağa başladılar. Sanki II Qarabağ savaşında məğlub olan işğalçı Ermənistan yox, Azərbaycan imiş. Misal üçün, bu günlərdə “Əl-Ərəbiyyə” kanalına müsahibəsində XİN rəhbəri Ara Ayvazyan növbəti dəfə gözünü yumub ağzını açıb, Azərbaycan və Türkiyənin ünvanına boş başına nə gəldi danışıb. İki qardaş ölkəni “hərbi təcavüz”də, erməni xalqına qarşı “yeni soyqırımı” törətməkdə və “terrorizm”də ittiham edib. Ayvazyan həmçinin utanıb-qızarmadan, yenə misilsiz həyasızlıqla Qarabağda guya bizim tərəfdə vuruşmuş mifik “suriyalı muzdlu-terrorçulardan” dəm vurub, onların günü bu gün də “artsax” ərazisində olduğunu iddia edib, “Bakı və Ankaranın yanlış olaraq Qarabağ konfliktin bitdiyini düşündüyünü”, yalnız ATƏT-in Minsk Qrupu çərçivəsində və yalnız “artsaz xalqı”nın öz müqəddəratı təyinetmə haqqının tanınması əsasında “probemin” ədalətli həll edilə biləcəyini sarsaqlayıb. Başqa sözlə, Azərbaycan və Türkiyəni hədələməkdən belə çəkinməyib. Azərbaycanın beynəlxalq axtarışa verdiyi Xankəndindəki separatçı-hərbi canilər də eyni havadadır. Məsələn, özünü dünyada heç vaxt mövcud olmamış “dqr”in “təhlükəsizlik şurasının sədri” sayan Vitali Balasanyan ad-soyadlı ikiayaqlı məxluq görün nə çərənləyib. Sitat: “Dqr” öz “silahlı qüvvələrini” saxlayır. Heç kim düşünməsin ki, Qarabağın ordusu olmayacaq. Qarabağda daha mobil, daha döyüş qabiliyyətli silahlı qüvvələr var, olub və həmişə olacaq. Qarabağ öz imkanları daxilində mövcud problemlərin güc yolu ilə həll olunmasına imkan verməyəcək”. Azərbaycan türməsinin çoxdan darıxdığı, əli dirsəyinə kimi günahsız soydaşlarımızın qanına bulaşmış bu körpə qatili bir az da irəli gedərək, “Dağlıq Qarabağın erməni subyekti qismində qalacağını” söyləyib. Olmayan bir şey necə var ola bilər? Heyrətamizdir... Özünü komik şəkildə “artsax prezidenti” adlandıran, ötən il Şuşada “inauquraqsiya” keçirib şellənən digər erməni hərbi canisi, axtarışda olan quldurbaşı Araik Arutunyan isə bu arada Bakının xoş məram kimi yaratdığı pauzadan sui-istifadə edərək Xankəndində “artsax qəhrəmanları”nı başına yığıb, onlara təntənəli şəkildə “ordenlər” paylayıb (hansı şücaətlərinə görə, bax, bunu şeytan bilir!) və iddia edib ki, “heç olmasa, keçmiş DQMV-nin sərhədləri çərçivəsində “artsax”ın bərpası uğrunda mübarizə davam edəcək”. “Heç olmasa...” ifadəsinə diqqət edildi yəqin ki. Yəni bunların yaxın hədəfi Şuşanı, Hadrutu, keçmiş DQMV daxilində azad edilmiş torpaqlarımızı “geri qaytarmaq”, böyük hədəfləri isə ətraf rayonlar – Laçın, Kəlbəcər və s. olaraq qalır. Necə, hansı ordu, hansı resurslarla buna nail olacaqlar? Bax bunu demirlər. Çünki deyə bilmirlər. Deyə bilməzlər. Doğrudan da, Şir yatanda çaqqalların bayramı olar. Olsun. Şir əbədi yuxuya getməyib ki. Əslində isə o, mürgü vurur və gözaltından ətrafda baş verənləri sadəcə, seyr edir. Hələlik seyr edir...

Comments


bottom of page