top of page

Kapital Bank məcburi köçkünlərdən 5 manat “tutub”…

  • Yeganə
  • Feb 27, 2021
  • 1 min read



Dövlət tərəfindən məcburi köçkünlər üçün verilən maliyyə vəsaiti fevral ayında onların bank kartlarına 5 manat az ödənilib. Bu haqda sosial şəbəkələrdə məlumat yayılıb. Xəbərə görə bunun səbəbi ilə maraqlandıqda məlum olub ki, həmin 5 manat Kapital Bank tərəfindən illik kart haqqı olaraq tutulub. Məcburi köçkünlər bildirirlər ki, uzun illər ərzində onlardan heç vaxt kart haqqı tutulmayıb. Məsələ ilə bağlı hələlik bank heç bir açıqlama ilə çıxış etməyib.

Comments


bottom of page