Komadan ayılmayan baş leytenantımız şəhid oldu
- Yeganə
- Dec 9, 2020
- 1 min read

Vətən Müharibəsində yaralanan əsgərlərindən biri şəhid olub. Yenisabah.az xəbər verir ki, Suqovuşan uğrunda gedən döyüşlərdə ağır yaralanan baş leytenant Hikmət Səfərov uzun müddət komada qalıb. Dekabrın 8-də isə komadan ayılmayaraq şəhadətə qovuşub. Hikmət əslən Ağdam rayonunun Yusifcanli kəndindən olub. Şəhidlik zirvəsinə yüksələn zabit Səfərov İkinci Fəxri Xiyabanda dəfn edilib.
コメント