top of page

KÖNLÜM KEÇİR QARABAĞDAN...

  • Yeganə
  • Oct 26, 2020
  • 1 min read


Son günlər istər Azərbaycanda, istər xaricdə yaşayan hər bir azərbaycanlının könlündən illərdir görmədiyimiz, həsrətini çəkdiyimiz, yağı tapdağı altında əzilən və xilas gününü gözləyən Qarabağ keçir. Dili söz tutan, ağlı kəsən körpədən tutmuş ahıl qocalara kimi hər bir kəs Qarabağın azad olması gününü səbirsizliklə gözləyir.

Ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri, etnik qruplar, azsaylı xalqlar və müvəqqəti miqrantlar da bizimlə birgə eyni fikir, eyni məqsəd və arzuyla Qarabağ üçün dualarını edir, orduya yardım fonduna vəsait köçürür, cəbhədə döyüşən əsgərlərimiz üşün ərzaq və digər ləvazimatlar olan paketlər hazırlayıb göndərirlər. Onlar dəstək aksiyaları təşkil edirlər, hətta informasiya müharibəsində də bizdən geri qalmırlar, düşmənə təpkilərini göstərirlər.

Haqq savaşında Azərbaycanın daim yanında olan, hər zaman dəstəkləyən 2 qardaş ölkə də var: Türkiyə və Pakistan. Hərtərəfli və təmənnasız dostluq, qardaşlıq sevgi göstərən bu ölkələr böyük güc sahibi olan ölkə liderlərindən təzyiq və təpki görmələrinə rəğmən, bir an belə fikirlərindən və niyyətlərindən dönmürlər.

Bizi torpaqlarımız uğrundakı müqəddəs savaşımızda Ukrayna, İzrail, Şimali Kipr, Moldova, Gürcüstan, Əfqanıstan, Özbəkistan, Qazağıstan, Qirğızıstan, Macarıstan, Qoşulmama Hərəkatına üzv olan ölkələrin əksəriyyəti, Türk Birliyinə daxil olan ölkələr də dəstəkləyir.

VAR OLUN, EŞQ OLSUN QARDAŞLIĞA!

P.S. Bu materialı hazırlayarkən Qubadlı şəhərinin işğaldan azad olduğu xəbərini aldıq. Gözünüz, gözümüz aydın, əziz həmvətənlərimiz! Şuşanın və digər şəhər və rayonlarımızın azad olması arzusu ilə hamınızı təbrik edirik!

Xuraman Etibarlı

Comments


bottom of page