top of page

“Kəlbəcər bizim olmayıb. Bunu bütün dünya deyir...”- Erməni deputat

  • Yeganə
  • Mar 31, 2021
  • 1 min read



“Kəlbəcər bizim olmayıb. Kəlbəcər 1990-cı illərdə əsgərlərimiz tərəfindən Qarabağın müdafiə zonası olaraq ələ keçirilmişdi ki, sonradan bu torpaqlar geri qaytarılsın və Qarabağ status alsın...” Bunu Kəlbəcərin Rusiyanın dəstəyi ilə Ermənistan ordusu tərəfindən işğalının növbəti ildönümü ərəfəsində qəsbkar ölkə parlamentinin “Mənim addımım” fraksiyasının deputatı Ovik Ağazaryan "Pastinfo" xəbər kanalının efirində bildirib. "Ermənistanda buna şübhə edən biri varmı? Ermənistanda bütün dünyaya Kəlbəcərin bizim olduğunu söyləyə bilən varmı? Bütün dünya dedi ki, Kəlbəcər sənin deyil, əzizim, onu tezliklə geri qaytar və sən də gec-tez onu qaytarmalıydın" –deyə erməni deputat vurğulayıb. Sultan Laçın

Comments


bottom of page