Kəlbəcərdə yerləşən Qırmızı monastır məhv olmaq üzrədir - RƏSMİ
- Yeganə
- Nov 3, 2020
- 1 min read

Kəlbəcər rayonunun Qozlu kəndində yerləşən Qırmızı monastır məhv olmaq üzrədir. Gununsesi.info bildirir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, tarixi abidə 1224-cü ildə inşa edilib. Alban xristiyanlıq memarlığına aid olan abidə kompleks kilsədən, narteksdən, sovmədən və digər tikililərdən ibarətdir. Bu abidə 1993-cü ildən Ermənistan işğalı altındadır və məhv olmaq üzrədir.
Comments