top of page

Kəmaləddin Heydərovun qonağı olan ərəblər bu dəfə də Qaxda nadir quşları ovladılar - FOTO

  • Yeganə
  • Mar 25, 2021
  • 1 min read




“Ecofront” səhifəsi ərəb turistlərin qanunsuz ovu ilə bağlı daha bir görüntü yayıb. Ərəblər bu dəfə Qax Dövlət Təbiət Yasaqlığında nadir Qafqaz durnasını ovlayıblar. Bildirilir ki, çoxalan populyasiyanın sayı təbiətdə 200-250 cütdən ibarətdir. Bundan başqa, onlar dünən gecə ovlanması qadağan olunan qaraqarın bağrıqara, bəzgək kimi quşları da ovlayıblar. Xatırladaq ki, bir neçə gün əvvəl də sözügedən səhifədə ərəb turistlərin Qax rayonunun Acınohur ərazisində dronun arxasına canlı göyərçin bağlayaraq şahinlərə yem etməsi ilə bağlı görüntülər yayılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən həmin görüntülərlə bağlı verilən açıqlamada göyərçinlərlə rəhmsiz rəftara görə xarici turistlərin cərimələndiyi qeyd olunub. Qeyd edək ki, Acınohur ərazisində çəkilmiş görüntülərdə ərəb turistlərin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qonağı olduqları bildirilirdi. Qeyd edək ki, Acınohur ərazisində çəkilmiş görüntülərdə ərəb turistlərin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qonağı olduqları bildirilirdi.

Commentaires


bottom of page