Kəramət Aslan İsmayılovun onun elçiliyinə getməsini istəyir
- Yeganə
- Mar 25, 2021
- 1 min read

“İki dəfə evlənib ayrıldığıma görə atam üçüncü dəfə elçiliyə getmir. Bu mövzuda məndən əlini üzüb”. Bu sözləri yazıçı Kəramət Böyükçöl bildirib. O, daha sonra yazıb: “Sevdiyim qızınsa ailəsi deyir ki, oğlanın valideynləri gəlməsə, qızı vermək fikrimiz yoxdur. Qız razıdır. Mən onu sevdiyim kimi o da məni sevir. Hətta anası da razıdır. Problemi yaradan qızın atası Paşa kişidir. Qərara gəldim ki, atam elçiliyə getmirsə, cəmiyyət arasında tanınan insanlar mənə bu məsələdə kömək eləyə bilər. Çox fikirləşdim, düşünüb-daşındım və qərara gəldim ki, bu işin öhdəsindən ancaq Aslan İsmayılov gələ bilər. Məncə, Aslan bəy bu işi paşa-paşa həll etməkdə çox mahirdir. Amma bilmirəm, paşam bu işə razılıq verərmi, elçiliyə gedərmi?”
Comments