top of page

Mehdiyevin əleyhinə qərar: Quliyev vəzifəsinə qayıdır

  • Yeganə
  • Mar 20, 2021
  • 1 min read

Martın 16-da Səbail rayon məhkəməsində AMEA-nın müxbir üzvü, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun sabiq direktoru Əlövsət Quliyevin şikayətinə baxılıb. Qaygi.info Bakupost.az-a istinadla xəbər verir ki, hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən məhkəmə Əlövsət Quliyevin işdən azad edilməsinin qanuni əsasının olmadığına və onun yenidən Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsinə bərpasına qərar verib. Qeyd edək ki, 11 dekabr 2020-ci ildə keçirilən AMEA Rəyasət Heyətinin iclasında AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsindən azad edilmiş, onun yerinə akademik Qərib Məmmədov direktor v.i.e. təyin olunmuşdu.

Comments


bottom of page