Milli Məclisdə şəhidlərin xatirəsi yad edildi - YENİLƏNİB - CANLI YAYIM
- Yeganə
- Nov 13, 2020
- 1 min read
“Bu günlərdə Azərbaycan xalqı 30 ildir həsrətlə gözlədiyi günləri yaşayır”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib. Sədr təəssüflə qeyd edib ki, müharibə itkisiz olmur: “Biz də bu müharibədə itkilər verdik”. Sonra şəhid olmuş insanların xatirəsi Milli Məclisdə bir dəqiqəlik sükutla yad edilib.

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb. Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 1 məsələ daxil edilib. Bu, “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti haqqında” məsələdir.
Comentarios