Moskva müharibə zamanı Yerevana 1 milyard dollarlıq silah verib - Erməni mətbuatı
- Yeganə
- Jan 11, 2021
- 1 min read

Bu gün Moskvaya səfər edən Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan və Rusiya liderləri ilə görüşəcək. Ermənistan KİV xəbər verir ki, səfər zamanı Paşinyanın Moskvadan 1 milyard 150 min dollar məbləğində kredit götürməsi gözlənilir. “Rusiya 44 günlük müharibə zamanı Ermənistana məhz bu məbləğdə silah satmışdı. Rəhbərlik yardımın qarşılıqsız olması barədə xahiş belə etməyib”- deyə hökumətdəki mənbə açıqlama verib. Beləliklə, Ermənistanın xarici borcu daha 1 milyard dollar məbləğində artmış olacaq.
Comments