top of page

Müharibəsiz, qan tökmədən bu qələbə mümkün olmazdı - Mübariz Mənsimovun Şuşa sevinci

  • Yeganə
  • Nov 9, 2020
  • 1 min read



Türkiyədə qurama ittihamlarla həbsdə saxlanılan azərbaycanlı iş adamı Mübariz Mənsimov Şuşanın azadlıq xəbəri ilə bağlı fikirlərini açıqlayıb.

“Palmali” Şirkətlər Qrupundan daxil olan açıqlamanı təqdim edirik: Budur, həmin gün, həmin an gəlib çatdı. Ali Baş Komandan Şuşanın azad olunması müjdəsini verdi. Həmin an hansı hissləri keçirdiyimi bilmədim. Yalnız bir söz dedim: “Şuşa, sən azadsan”. Şuşam! Qarabağımın göz bəbəyi! Canım Şuşam! 28 ildir ki, bizdən ayrı düşən Şuşam… Bu gün Sən azadlığa qoşuldun. Cənab Prezident! Ali Baş Komandanım! Bu müjdəli qələbə xəbərini eşitmək nə qədər gözəlmiş! 9 noyabrda Dövlət Bayrağı günüdür və üç rəngli bayrağımız artıq Şuşamızda dalğalanır. Bu, əsl bayram olacaq. Bayrağı bayraq edən, üstündəki şəhid qanıdır. Müharibəsiz, qan tökmədən bu günkü Qələbəmiz mümkün olmazdı. Allahdan Şəhidlərimizə rəhmət diləyirəm, ruhları qarşısında baş əyirəm! Qazilərimiz, bizim igidlərimiz! Dövlət sizə gərəkən bütün yardımları edəcək, buna heç bir şübhə yoxdur. Bu, eyni zamanda, böyük və sarsılmaz Qardaşlığın – Türkiyə-Azərbaycan Qardaşlığının Qələbəsidir. Bu qardaşlıq bizim tariximiz, bu günümüz və gələcəyimizdir. Bu Qardaşlıq bizi növbəti Zəfərlərə və Zirvələrə çatdıracaq. Bu gün qazandığımız qələbələr bizim övladlarımızın başını bütün zamanlarda uca edəcək. Şanlı Qələbə tarixini yazan Azərbaycan ordusu və Ali Baş Komandan sizlərə eşq olsun! Allah Xalqımızı, Dövlətimizi, Millətimizi, Ordumuzu və, ən nəhayət, birlik və qardaşlığımızı qorusun! Bütün dünya Azərbaycanlıları Prezidentimizin, Ali Baş Komandanımızın ətrafında yumruq kimi birləşiblər. Zəfərlərimiz, hərbi paradlarla dolu günlərimiz artıq çox yaxındadır. 2021-ci ilin 8 noyabr – Şanlı Qələbə gününü Cıdır düzündə qeyd etmək arzusu ilə hər birinizə möhkəm can sağlığı arzulayıram. Gözün aydın olsun Azərbaycan! Şuşanın dağları, Vətən oğullarını qarşıla! Gununsesi.info

Kommentare


bottom of page