top of page

Müharibəyə görə neçə bölgədə tədris dayandırılıb? - RƏSMİ AÇIQLAMA

  • Yeganə
  • Oct 30, 2020
  • 1 min read

“Sentyabrın 27-dən başlayaraq bu günə qədər 50-yə yaxın məktəb yararsız hala düşüb və onlarda tədrisin təşkili mümkün olmayıb”. Bunu Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. Nazir bildirib ki, son bir ayda Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində doqquz şagird vəfat edib: “Sentyabrın 27-dən başlayaraq Ermənistanın təcavüzü nətuicəsində 20-yə yaxın bölgədə təhsil müəssisələrində tədris dayandırılıb”.



Comentarios


bottom of page