Məhəbbət Vəliyeva Təhsil nazirinin müavini vəzifəsindən azad edildi - EKSKLÜZİV
- Yeganə
- Feb 1, 2021
- 1 min read

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva vəzifəsindən azad edilib. Məlumata görə, bununla bağlı müvafiq səməd imzalanıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 iyun 2018-ci il tarixli Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdi. Qeyd edək ki, M.Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. O, 2014-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015-2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb.
Comments