Məlahət İbrahimqızı: “Yeni pul əskinazları ilə bağlı narahatlıq yaranıb”
- Yeganə
- Apr 2, 2021
- 1 min read

Azərbaycanda dövriyəyə yeni pul əskinazları buraxılıb. Hesab edirəm ki, əskinazlarda həm də Azərbaycanın tarixi, mədəniyyəti özünü əks etdirməlidir. Amma yeni buraxılan 5 manatlıq əskinazlarda bu yoxdur. Qeyd edim ki, ermənilər digər xalqların tarixini oğurlayaraq bunu öz valyutarlarında əks etdirirlər. Bunu Milli Məclisdə çıxışı zamanı deputat Məlahət İbrahimqızı deyib. O xatırladıb ki, ulu öndər Heydər Əliyevin zamanında Orxan-Yenisey, Dədəqorqudun yubileyləri keçirilib: “Köhnə əskinazlarda bunlar özünü tapmışdı. Yeni əskinazlardan isə bu kimi mədəniyyət abidələri çıxarılıb. Bu da ictimaiyyətdə narahatlığa səbəb olub. Müvafiq qurumlardan bunun səbəbini soruşmaq istərdim. Ən azından Azıx mağarası bu yeni əskinazlarda olmalıdır”.
Comments