top of page

Naxçıvan əhalisinin sayı AÇIQLANDI

  • Yeganə
  • Mar 21, 2021
  • 1 min read


Fevralın 1-i tarixinə muxtar respublika əhalisinin sayı 461 min 572 nəfər olub. Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əhali sayı bir il əvvələ nisbətdə 1741 nəfər artıb. Qeyd edək ki, son illər muxtar respublikanın sosial-iqtisadi həyatında əldə olunmuş davamlı inkişaf da demoqrafik proseslərə öz müsbət təsirini göstərib. Bu isə öz növbəsində, əhali artımına şərait yaradıb. Məşğulluq məsələlərinin həlli, tibb və təhsil sahələrində müvafiq xidmətlərin əlçatanlığı, eləcə də bir çox sosial imkanlardan istifadənin yaxınlığı əhali artımında mühüm məsələlərdən biridir.

Kommentarer


bottom of page