Nazirlik Vahid Mustafayevin şirkətini cərimələdi
- Yeganə
- Mar 21, 2021
- 1 min read

Brend saatların satışı ilə məşğul olan “VMF” şirkəti cərimələnib. Qaygi.info “qafqazinfo”-ya istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyinin keçirdiyi monitorinqlər zamanı “VMF” şirkətində karantin rejimi qaydalarının pozulduğu aşkarlanıb. Şirkətin əməkdaşlarının tibbi maskadan istifadə etməməsinə görə MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə protokol tərtib edilib. Buna görə “VMF” şirkəti 600 manat cərimə edilib. Hazırda işə Bakı Apellyasiya Məhkəməsinə baxılır. Martın 29-da baxış iclası keçiriləcək. Qeyd edək ki, “VMF” şirkəti bağlanmış “ANS” TV-nin prezidenti Vahid Mustafayevə məxsusdur.
Comments