Novruzda həftəsonları ictimai nəqliyyat işləyəcək? - AÇIQLAMA
- Yeganə
- Mar 3, 2021
- 1 min read

Həftəsonları ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağanın qaldırılması ilə bağlı müxtəlif təkliflər səsləndirilir. Belə ki, mütəxəssislərin fikrincə həftəsonları küçədə insan sıxlığı müşahidə edilmədiyindən yoluxma sayı da enir. Buna görə də ehtimal olunur ki, Novruz bayramına qədər həftəsonları ictimai nəqliyyatın fəaliyyətinə qoyulan məhdudiyyət aradan qaldırılacaq. Qaygi.info xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan millət vəkili Müşfiq Cəfərov bildirib ki, ictimai nəqliyyatın hərəkətinə tətbiq edilən qadağanın aradan qaldırılması yaxşı olardı: "Əlbəttə Novruz bayramında ictimai nəqliyyatın işləyib-işləməyəcəyi ilə bağlı dəqiq fikir demək olmaz.Çünki bu barədə qərar vermək səlahiyyəti Operativ Qərargaha aiddir.Məlumdur ki, mövcud vəziyyət analiz edildikdən sonra düzgün qərar veriləcək. Nəzərə almaq lazımdır ki, şənbə və bazar günləri insanların çoxu işə getmir, müəyyən obyektlər, dövlət qurumları işləmir. Amma bütün bunların fonunda fəaliyyətini şənbə və bazar da davam etdirən müəssisə və təşkilatlar olduğundan məhz bu günlərdə ictimai nəqliyyatın işləməməsi mənfi haldır. Çünki insanlar işə gedərkən nəqliyyat problemi yaşayırlar. Bu da təbii ki, insanları iqtisadi baxımdan çətin duruma salır. Həftəsonu ictimai nəqliyyatın fəaliyyət göstərməsinin virusun yayılma ehtimalına təsir etməyəcəyini deyən millət vəkili həmçinin əlavə etdi ki, hazırda ölkədə sanitar-epidemioloji vəziyyət nəzarət altındadır: "Bir halda ki, mütəxəssislər, həkimlər ölkədə sanitar-epidemioloji vəziyyət nəzarət altında olduğunu deyirlər. O zaman düşünürəm ki, hələlik karantin rejiminin sərtləşdirilməsinə ehtiyac yoxdur. Ən vacibi isə insanların əl gigiyenasına, sosial məsafəyə riayət etməsi və ictimai nəqliyyatda mütləq tibbi maskadan istifadə etmələridir".
Commenti