On ayda əsas kapitala 11,5 milyard manatdan çox vəsait yönəldilib
- Yeganə
- Nov 16, 2020
- 1 min read
Cari ilin yanvar-oktyabr aylarında əsas kapitala 11 milyard 540,2 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz az vəsait yönəldilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 11,7 faiz artıb, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,9 faiz azalıb. İstifadə olunmuş vəsaitin 7 milyard 598,1 milyon manatı və ya 65,8 faizi məhsul istehsalı sahələrinə, 2 milyard 884,6 milyon manatı (25 faizi) xidmət sahələrinə, 1 milyard 57,5 milyon manatı (9,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf edilib.

Commenti