top of page

Pakistan ilə Türkiyə arasında "Atatürk Təlimi 2021" keçirilir

  • Yeganə
  • Feb 9, 2021
  • 1 min read

Pakistan ilə Türkiyə arasında həyata keçirilən "Atatürk Təlimi 2021" Hayber Pathunhva əyalətinə bağlı Tarbela bölgəsində təşkil edilən mərasimlə başlayıb.



Pakistan ilə Türkiyə arasında həyata keçirilən "Atatürk Təlimi 2021" Hayber Pathunhva əyalətinə bağlı Tarbela bölgəsində təşkil edilən mərasimlə başlayıb. Pakistan Ordusu İctimaiyyətlə Əlaqələr Şöbəsi (ISPR) tərəfindən verilən açıqlamada iki ölkənin silahlı qüvvələri arasında keçiriləcək təlimin 3 həftə davam edəcəyi bildirilib. Açıqlamada təlimin iki qardaş ölkə arasındakı əlaqələri daha da gücləndirəcəyi vurğulanıb. Türkiyə Milli Müdafiə Nazirliyi 4 yanvar tarixində verdiyi açıqlamada Türkiyə-Pakistan Birgə Komando və Xüsusi Qüvvələrin Təliminin 4-20 fevral tarixlərində Pakistanda həyata keçiriləcəyi qeyd olunmuşdu. Türkiyə-Pakistan Birgə Komando və Xüsusi Qüvvətlərin Təlimi 1998-ci ildən bəri iki ölkə arasında növbə ilə icra edilir. Təlim Pakistanda həyata keçirildiyi zaman "Atatürk Təlimi" Türkiyədə keçirildiyi zaman isə "Cinnah Təlimi" olaraq adlandırılır.


Comments


bottom of page