top of page

Paşinyan Xankəndinə Azərbaycan bayrağı sancılmamış Rusiya sülhməramlılarının gəlməsi üçün yalvardı..

  • Yeganə
  • Oct 30, 2020
  • 1 min read

  Paşinyan Xankəndinə Azərbaycan bayrağı sancılmamış Rusiya sülhməramlılarının gəlməsi üçün yalvardı...“Rusiya sülhməramlılarının Qarabağa daxil olması Qarabağ münaqişəsinin optimal həlli ola bilər”. Bu haqda  Ermənistan baş naziri Nikol Paşinyan  bu gecə “The Daily Telegraph” nəşrinə müsahibəsində bildirib.  “Rusiya sülhməramlılarının münaqişə bölgəsinə gətirilməsinin tərəfdarıyam. Ancaq problem burasındadır ki, Rusiya Federasiyasından sülhməramlı qüvvələrin yerləşdirilməsinə bütün münaqişə tərəfləri  razılıq verməlidir”- işğalçı baş nazir belə deyib.  Eyni zamanda Ermənistan baş naziri Avropanı Türkiyənin Azərbaycana dəstək verməməsi üçün daha çox səy göstərməyə çağırıb.

コメント


bottom of page