top of page

Prezident: “Şəhidlərimizin valideynlərinə təşəkkürümü bildirirəm ki, belə igidlər yetişdiriblər”

  • Yeganə
  • Nov 17, 2020
  • 1 min read

“Burada, işğaldan azad edilmiş Füzuli şəhərində bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbir diləyirəm, onların valideynlərinə təşəkkürümü bildirirəm ki, dövlətimiz üçün, xalqımız üçün belə igidlər yetişdiriblər”. Bunu Prezident İlham Əliyev işğaldan azad edilmiş Füzuli şəhərində çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, onların xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq: “Bütün yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm, əminəm ki, onlar tezliklə normal həyata qayıdacaqlar, onlar daim diqqət mərkəzində olacaqlar”.

Comments


bottom of page