top of page

Prezidentin general-mayor rütbəsi verdiyi Kənan Seyidov kimdir?

  • Yeganə
  • Nov 20, 2020
  • 1 min read

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Kənan Seyidova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Quru Qoşunlarının zabiti olan Kənan Seyidov fəaliyyəti ilə seçilən hərbçilərdəndir. K.Seyidov 2003-cü ildə kapitan qismində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. 11 il sonra, 2014-cü ildə isə Prezidentin sərəncamı ilə “Vətən uğrunda” medalına layiq görülüb. O, 2016-cı ildə Aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə ölkə başçısının sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.

Comentarios


bottom of page