top of page

Qarabağ qazisi: “Əgər ermənilər xoşbəxt olmaq istəyirlərsə...”

  • Yeganə
  • Jan 30, 2021
  • 1 min read

Yanvarın 27-də ermənilər milli qəhrəman hesab etdikləri cəllad Qaregin Njdeyə Xocavənd şəhərində heykəl ucaldıblar. Sosial medianın erməni seqmentində yayılan xəbərlərə görə, heykəl müharibədən əvvəl hazırlansa da, həmin gün mərkəzi küçələrin birində qoyulub.

Bununla bağlı fikirlərini bölüşən Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədov bildirib ki, ermənilər təxribatçı əməllərindən əl çəkmirlər: “Əlbəttə ki, bu yolverilməzdir. Ona görə də Azərbaycan dövləti rus sülməramlıların reaksiyasını gözləmədən buna öz münasibətini bildirməlidir. Onsuz da yaxın vaxtlarda ermənilərin işğaldan azad edilmiş ərazilərdə qoyulan heykəllərinin hər biri söküləcək. Azərbaycan dövlətinin inzibati idarəetmə sistemi bərpa edildikdən sonra yaxın gələcəkdə ermənilər o heykəlləri özləri ilə aparacaqlar. Bütün bunlar ermənilərin boş və mənasız cəhdləridir. Onlar hələ də xülyalarla yaşayırlar. Görünən odur ki, erməni xalqını uçuruma sürükləyən liderlər hələ də onlara ümid verir, aldadırlar. Ona görə də onlar bu cür boş xəyallara düşürlər. Və Azərbaycanın vətəndaşı olaraq şərəflə yaşamaq əvəzinə, özlərini uçuruma sürükləyirlər. Bu isə onlara yaxşı heç nə vəd etmir. Və əgər ermənilər xoşbəxt olmaq istəyirlərsə, Azərbaycan dövlətinin vətəndaşlığını qəbul edib, normal şəkildə yaşamalıdırlar. Əks təqdirdə əşyalarını yığıb gedəcəklər”.KONKRET.az

Comments


bottom of page