QARABAĞ ƏLİLİNDƏN ŞİKAYƏT
- Yeganə
- Dec 7, 2020
- 1 min read
Redaksiyamıza II qrup Qarabağ əlili Loğman Ağalarov tərəfindən şikayət ərizəsi daxil olub.
Ağalarov Loğman Saleh oğlu Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsi zamanı sağ gözündən qəlpə yarası almış və sağ gözü çıxarılmışdır. Dövlət tərəfindən ona Bakı şəhəri Nizami rayonunda 1 otaqlı mənzil verilib. Lakin həmin evə pasport qeydiyyatına düşməkdə çətinlik çəkir. Xahiş edir ki, müvafiq dövlət orqanları tərəfindən ona köməklik göstərilsin.
Comments