top of page

QARABAĞ ƏLİLLƏRİNƏ QAYGİ İCTİMAİ BİRLİYİNİN TƏBRİK MÜRACİƏTİ

  • Yeganə
  • Dec 24, 2020
  • 1 min read

Qarabağ Əlillərinə Qayği İctimai Birliyinin sədri Firidun Məmmədov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Doğum günü münasibətilə təbrik edir.

Zaman - zaman tarix böyük sərkərdələr , dahi siyasətçilər yetişdirir. Bəzən yüz ildə, bəzən də min ildə yetişən çox böyük cəsarət sahibi öndərlər olur ki, onlar heç vaxt unudulmur. Böyük şəxsiyyətlər böyük və qüdrətli millətlərdən doğulur. Şərəfli tarixmiz bizə min illərdir unudulmayan böyük dühalar bəxş etmişdir. Fəxr edirik ki, belə bir qüdrətli millətin nümayəndəsiyik.

Bu gün doğum gününü qeyd etdiyimiz Ali Baş Komandan İlham Əliyev yaddaşımızdan heç vaxt silinməyəcək dahilərmizdən biridir. Babək Xürrəmi, Nizami Gəncəvi, Şah İsmail Xətai, Məmmədəmin Rəsulzadə və Heydər Əliyev kimi ulu öndərlərimizin siyahısına Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də öz adını həkk etdirdi. Tarix yazan sərkərdə İlham Əliyev bu şərəfə öz ləyaqəti , cəsarəti və qüdrətilə nail olmuşdur.Türk dünyasının sözün əsl mənasında böyük oğullarından biri olan İlham Əliyevlə eyni dövrdə yaşadığmız üçün biz də çox şanslıyıq, çünki onu çağdaşları olaraq bu gün yazılan şərəf tarixmizin sətirlərində biz də olacağıq.


Doğum günün mübarəkdir, Ali Baş Komandan!


Qarabağ Əlillərinə Qaygi İctimai birliyinin sədri Firidun Məmmədov.

留言


bottom of page