QARABAĞ ƏLİLLƏRİNƏ QAYĞI İB-NİN SƏDRİ FİRİDUN MƏMMƏDOVUN QƏLƏBƏ TƏBRİKİ
- Yeganə
- Nov 10, 2020
- 1 min read

10 noyabr 2020- ci il – Bu tarix Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılacaq və yazıldı! Bu gözəl və möhtəşəm QƏLƏBƏ xəbərini düz 30 il gözləmişdik. Nəhayət uğrunda canımızı qoyduğumuz, qanımızı tökdüyümüz Qarabağ və ətrafındakı torpaqlarımız şükürlər olsun ki, işğaldan azad oldu. Daha xalqımız utanc hissi ilə işğal günlərini yox, dalbadal torpaqlarımızın azad olduğu günləri və QƏLƏBƏ gününü qeyd edəcək. Çox şükürlər olsun ki, bu günü görmək bizə nəsib oldu.
Təşəkkürlər Azərbaycan əsgərinə! Təşəkkürlər Azərbaycan xalqına! Təşəkkürlər Ali Baş Komandana!
GÖZÜN AYDIN, AZƏRBAYCAN! QƏLƏBƏ GÜNÜN MÜBARƏK OLSUN!
Comments